Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lombardların fəaliyyətinə ciddi nəzarət yoxdur - vətəndaşlar bir sıra problemlərlə qarşılaşırlar VİDEO

Lombardların fəaliyyətinə ciddi nəzarət yoxdur - vətəndaşlar bir sıra problemlərlə qarşılaşırlar VİDEO

Tarix: 20 Yanvar 2023 18:20

Azərbaycanda lombardların fəaliyyətinə ciddi nəzarət edilmir. Bu isə vətəndaşların bir sıra problemlərlə qarşılaşmasına gətirib çıxarır.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, iqtisadçı Rəşad Həsənov deyir ki, sahibkarlar heç də hər zaman öz fəaliyyətlərini qanun normaları çərçivəsində təşkil etmirlər. Onun sözlərinə görə, lombardların hazırkı fəaliyyətində faizlərin və aktivlərin dəyərinin müəyyən edilməsi, zinət əşyalarının saxlanması və dəyişdirilməsi ilə bağlı nöqsanlar var.

Ekspert bildirir ki, nəzarət mexanizminin zəifliyi eyni zamanda sığortanın da olmaması deməkdir. O hesab edir ki, "Lombardlar haqqında" qanun qəbul edilərsə, bu sahədəki bir sıra problemlər öz həllini tapa bilər.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov da bildirir ki, sözügedən sahədə kifayət qədər boşluqlar var. Ən ciddi problemlərdən biri isə faizlərin yüksək olmasıdır.

Millət vəkili əlavə edir  ki, "Lombardlar haqqında" yeni qanun layihəsi hazırlanıb və sənədin nə zaman qəbul ediləcəyi məlum deyil. Ancaq yeniliklər lombard bazarındakı hazırkı xaotikliyin aradan qaldırmasını nəzərdə tutur.

İqtisadçılar bildirirlər ki, təklif olunan qanunda lombardların fəaliyyətinin onlara maliyyə nəzarətini həyata keçirən dövlət qurumunun lisenziyası əsasında təşkili nəzərdə tutulub.

Xezerxeber.az "Xəbər Ertəsi"nin mövzu ilə bağlı daha ətraflı reportajını təqdim edir:


Etiketlər:  Lombardların fəaliyyətinə ciddi nəzarət yoxdur vətəndaşlar sıra problemlərlə qarşılaşırlar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ