Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gənc gimnast: Milli Gimnastika Arenasında yarışlarda iştirak edəcəyimi biləndə çox sevindim

Gənc gimnast: Milli Gimnastika Arenasında yarışlarda iştirak edəcəyimi biləndə çox sevindim

Tarix: 13 Oktyabr 2019 01:52

Bakı. Cani Babayeva - Trend:

Yarışlarda iştirak edəcəyimi biləndə çox sevindim.

Bunu Trend-ə Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyinin iştirakçısı Ayan Əlizadə bildirib.

Sumqayıtdan olan gənc gimnast deyib: "Məşqçim bu yarışlarda iştirak edəcəyimi deyəndə çox xoşbəxt idim, çünki həmişə Milli Gimnastika Arenasının xalçasına böyük xoşbəxtliklə çıxıram. Bu gün anam və sinif yoldaşlarım məni zalda dəstəkləyirlər. Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyində iştirak etdiyimdən qürur duyurlar. Məktəbdə də hamı məni dəstəkləyir".

Qeyd edək ki, 10-13 oktyabr tarixlərində bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyi, 6-cı Bölgələrarası Kubok və aerobika gimnastikası üzrə 5-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı keçirilir.

4 günlük yerli turnirə ilk olaraq bədii gimnastlar start verəcək. İştirakçılar yarışlar ərzində "gənclər", "yeniyetmələr", "uşaqlar" və "balacalar" yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.

Aerobika gimnastları isə "böyüklər", "gənclər", "yeniyetmələr", "uşaqlar" və "balacalar" yaş kateqoriyasında yer alaraq, fərdi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramında çıxış edəcəklər.

Gimnastikanın hər iki növü üzrə yarışlarda Bakı şəhəri və bölgələr üzrə ümumilikdə 300-dən çox idmançının iştirakı gözlənilir.

Bakı şəhəri üzrə Bakı Gimnastika Məktəbi, "Ocaq Sport", "AyUlduz", "Gymkids" Klublarının, "Zirvə International", Zabrat İdman Klublarının, Respublika Kompleks İdman Məktəbinin, Şağan Olimpiya İdman Kompleksinin, eləcə də Sumqayıt, Gəncə, Mingəçevir, Ağdaş, İsmayıllı, Göyçay, Zaqatala, Kürdəmir, Qusar, Şirvan və Masallı təmsilçiləri birincilik uğrunda yarışacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Gənc gimnast Milli Gimnastika Arenasında yarışlarda iştirak edəcəyimi biləndə çox sevindim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ