Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakının Laçın yolu ilə bağlı tələbi… - Tomas de Vaal

Bakının Laçın yolu ilə bağlı tələbi… - Tomas de Vaal

Tarix: 21 Yanvar 2023 22:18

Mənə elə gəlir ki, hər şey Bakı və Moskvadan asılıdır.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Kornegi Fondunun eksperti Tomas de Vaal erməni internet kanalında təşkil edilən müzakirədə "Laçın yolu nə vaxt və necə açıla bilər" sualına cavabında deyib.

O bildirib ki, çox güman, Moskva və Bakı arasında bu barədə danışıqlar gedir:

"Biz bu danışıqlar haqda heç nə bilmirik. ABŞ-dan, AB-dən müəyyən çağırışlar var. Əlbəttə, Azərbaycanın iradı odur ki, yolda nəqliyyatın hərəkətində şəffaflıq olmalıdır (Laçın yolundan silah, mina daşınması, hərbi məqsədlər və Azərbaycanın yeraltı sərvətlərinin talanmasında istifadəsi olunması nəzərdə tutulur - red.), kimlərin bu yoldan keçdiyi bilinməlidir. Hesab edirəm ki, bu məsələ həll oluna bilər. O ki qaldı Prezident İlham Əliyevin daha iddialı tələbləri, təəssüf ki, bununla bağlı biz heç nə deyə bilmərik".


Etiketlər:  Bakının Laçın yolu ilə bağlı tələbi Tomas Vaal


RƏYLƏR