Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vəfa Zeynalovadan "Toppuş Bacı" ilə bağlı açıqlama: "Qardaşımla onun dərdi..." - FOTO

Vəfa Zeynalovadan

Tarix: 23 Yanvar 2023 15:55

"Heyif Tünzalədən. Heç ölmək istəmirdi".

Milli.Az bildirir ki, bu sözləri bizim.media-nın əməkdaşı ilə söhbətində Əməkdar artist Vəfa Zeynalova deyib.

Əməkdar artist Tünzalə Əliyeva ilə vidalaşmaq üçün Qurd Qapısı ərazisində yerləşən məzarlığa gələn sənətçi göz yaşı içində mərhum həmkarı ilə bağlı xatirələrini dilə gətirib:

"Son günlər onunla yalnız telefonda danışa bilirdik. Deyirdi ki, çox ağrılarım var. Məni yalnız sən yaxşı başa düşə bilərsən. Çünki rəhmətlik qardaşımla onun dərdi bir idi. Deyirdi ki, bilirsən bu xəstəliyə görə mən nələr çəkirəm. Nə qədər dözsün bu ağrılara yazıq qız... Hər dəfə kimisə itirəndə özümə gələ bilmirəm. Allah Tünzaləyə rəhmət eləsin".

Qeyd edək ki, T.Əliyeva ötən gün saat 12:00 radələrində Milli Onkologiya Mərkəzində uzun sürən xərçəng xəstəliyindən 49 yaşında dünyasını dəyişib.

Milli.Az


Etiketlər:  Vəfa Zeynalovadan Toppuş Bacı ilə bağlı açıqlama Qardaşımla onun dərdi FOTO


RƏYLƏR