Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2023 19:40
Qadın komandalar arasında Portuqaliya kubokunda keçirilən "Sportinq" - "Benfika" matçında görüşün baş hakimi ağ vərəqə göstərib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, oyun zamanı futbolçulardan biri özünü pis hiss edib, hər iki komandanın tibb heyəti köməyə gəlib.
Həkimlərin səyi nəticəsində futbolçu özünə gəlib. Bundan sonra isə hakim hər iki komandanın tibbi heyətinə ağ vərəqə göstərib.
Referinin bu jesti tribunaların alqışları ilə qarşılanıb.
Qeyd edək ki, ağ vərəqələr Portuqaliya Futbol Federasiyasının təşəbbüsüdür. Bu vərəqə ədalətli oyun və etik hərəkətlərin təqdiri olaraq göstərilir.