Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu siropdan 300-dək uşaq öldü

Bu siropdan 300-dək uşaq öldü

Tarix: 24 Yanvar 2023 08:39

Üç ölkədə 300-ə yaxın insan qüsurlu öskürək siropundan dünyasını dəyişib. Ölənlərin əksəriyyəti beş yaşınadək uşaqlardır.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında deyilib.

"Son dörd ay ərzində ölkələr yüksək səviyyədə dietilen qlikol (DEG) və etilen qlikol (EG) ilə çirklənməsi təsdiqlənmiş və ya şübhəli bilinən uşaqlar üçün reseptsiz öskürək siroplarının satışının bir neçə halı barədə məlumat veriblər", - ÜST-dən bildirilib.

Qeyd olunub ki, bu maddələr sənayedə həlledici və antifriz kimi istifadə edilən zəhərli kimyəvi maddələrdir və az miqdarda olsa belə, insanlar üçün ölümcül ola bilər.

ÜST səhiyyə təchizatı zəncirində iştirak edən əsas maraqlı tərəfləri dərhal və əlaqələndirilmiş tədbirlər görməyə çağırıb.

Xatırladaq ki, dekabrın 27-də Özbəkistanda Doc-1 Max dərmanı qəbul edən 18 uşaq ölüb. Xəstəxanaya yerləşdirilməzdən əvvəl vəfat edən uşaqlar bu dərmanı evdə iki-yeddi gün ərzində gündə 3-4 dəfə qəbul ediblər ki, bu da uşaqlar üçün dərmanın standart dozasını üstələyib. Valideynlər dərmanı həkim resepti olmadan uşaqlarına veriblər.


Etiketlər:  siropdan dək uşaq öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ