Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Saakaşvilinin çəkisi 120-dən 68 kiloqrama düşüb

Saakaşvilinin çəkisi 120-dən 68 kiloqrama düşüb

Tarix: 26 Yanvar 2023 18:10

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin çəkisi 120 kiloqramdan 68 kiloqrama düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı gürcü siyasətçinin anası Giuli Alasaniya açıqlayıb.

Onun sözlərinə görə, oğlunun çəkisi bu gün ölçülüb. O bildirib ki, Saakaşvilinin çəkisinin 68-ə düşməsi onda kaxeksiya prosesinin (orqanizmin həddindən artıq zəifləməsi, fizioloji və psixoloji vəziyyətin patoloji hala düşməsi) başlamasından xəbər verir.

Xatırladaq ki, Tbilisidə "Vivamed" klinikasında müalicə alan Saakaşvilidə koronavirus aşkarlanıb. Onun vəziyyətinin stabil olduğu bildirilir.

Milli.Az


Etiketlər:  Saakaşvilinin çəkisi 120 dən 68 kiloqrama düşüb


RƏYLƏR