Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2019 09:27
Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 10-da 61,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,44 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 59,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,26 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 54,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,56 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 59,1 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,67 dollar/barel azdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin