Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bizdən artıq bunu gözləməyin" - VİDEO

Tarix: 27 Yanvar 2023 18:10

Bir müddət əvvəl barışan müğənni Xatun Əliyeva və rəqqasə Fatimə Fətəliyeva səmimi görüntüləri ilə diqqət çəkiblər.

Milli.Az xəbər verir ki, xalq artisti Aygün Kazımovanın ad günündə Axşam.az obyektivinə tuş gələn sənətçilər dostluqlarını əvvəlki kimi davam etdirdiklərini deyiblər. Xatun bildirib ki, verilişdəki barışıqdan sonra görüşərək aralarında baş verən problemə aydınlıq gətiriblər:

"Biz artıq dolğun xanımlarıq. Onun ailəsi, nəvəsi, mənim də oğlum evləndi. İnşallah, nənə olum. Çalışdığımız qədər bir-birimizi əziz tutacağıq. Bundan sonra bizdən gözləməyin bir-birimizi tənqid edək. Barışıqdan sonra əlaqə saxladıq, bir dostumuz bizə qonaqlıq da verdi".

Fatimə isə "Bizdən dava gözləməyin" deyərək, əlavə edib. 

Milli.Az


Etiketlər:  Bizdən artıq bunu gözləməyin VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ