Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hamiləlikdə baş verə biləcək təhlükənin əlamətləri

Hamiləlikdə baş verə biləcək təhlükənin əlamətləri

Tarix: 29 Yanvar 2023 09:00

Hamiləliyin neçənci ayı olursa, olsun hər anda təhlükə baş verə bilər. Aşağıda hamiləlik zamanı baş verə biləcək təhlükələr və onların əlamətləri qeyd olunmuşdur.
1. Uşaqlıq qanaxması - dölün düşmə təhlükəsi olduğu, yarımçıq doğuşun baş verdiyi zaman olur.
2. Qarında ağrı - dölün düşmə təhlükəsi, boru hamiləliyi, sonun ayrılması, doğuşun başlaması zamanı olur.
3. Uşaqlıq daxilində qaşınma - vaxtından əvvəl doğum təhlükəsi.
4. Qarında ağrı və gərginlik - sonun ayrılması, doğuşun başlaması, erkən doğuşun əlamətləri ola bilər.
5. Uşaqlıq yolundan axıntının gəlməsi - uşaqlıqda infeksiyanın olması və doğumun başlamasının əlaməti ola bilər.
6. Bütün bədənin şişməsi - prieklampsiyanın əlaməti ola bilər.
7. Şiddətli baş ağrıları - prieklampsiya əlamətləri ola bilər.
8. Görmə pozğunluqları (bulanıq görmə, gözün bir hissəsinin görməməsi, gözün önündə qarışqaların gəzməsi) prieklampsiya əlamətidir.


Etiketlər:  Hamiləlikdə baş verə biləcək təhlükənin əlamətləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ