Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2023 12:54
Britaniya kəşfiyyatı Rusiya Federasiyasında təhsilin hərbiləşdirilməsi barədə məlumat yayıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən Twitter-də məlumat yayıb.
Bildirilir ki, xüsusilə, Rusiya Federasiyası orta məktəb proqramına ilkin hərbi hazırlığı daxil edib.
"Son həftələrdə Rusiya Təhsil Nazirliyi orta məktəb kurrikuluma ilkin hərbi hazırlığı daxil etmək üçün əvvəlcədən elan edilmiş planın həyata keçirilməsi barədə daha ətraflı danışdı", - məlumatda qeyd olunur.