Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnfarktın əsas səbəblərindən biri! Ehtiyatlı olun!

İnfarktın əsas səbəblərindən biri! Ehtiyatlı olun!

Tarix: 29 Yanvar 2023 20:03

Xroniki yorğunluğun səbəblərini iki istiqamətdə axtarmaq lazımdır:
1) tibbi olaraq insanın sağlamlığı və ya psixoloji vəziyyəti ilə əlaqədar;
2) şəxsi və ya iş həyatı ilə əlaqədar.

Bu problemə səbəb hətta ətraf mühit də səbəb ola bilər. İnkişaf sənaye sahələri olan ərazilərin atmosferi çirkləndirməsi həyat gücünün yüksəlməsi üçün əlverişli deyildir.
Xroniki yorğunluq sindromu - təhlükəli fenomendir, beləki infarkt daxil olmaqla bir çox xəstəliklər ona aid ola bilər.

XRONİKİ YORĞUNLUĞUN SƏBƏBLƏRİ

1. Düzgün qidalanma olmadıqda makro və mikroelement, vitamin çatışmazlığı yaradır. Bu isə öz növbəsində həm qadın, həm də kişilərdə hormonal çatışmazlığa səbəb ola bilər.
Ümumiyyətlə düzgün qidalanma olmadıqda orqanizmin enerji gücünə də təsir edən bir sıra amillər olur. Xroniki yorğunluğa səbəb meteohəssaslıqda ola bilər. Əvvəllər həkimlər buna çox önəm verməsələrdə artıq çox diqqət etməyə başlayıblar.

2. Gün rejiminin pozulması, yuxusuzluq, karyera yüksəlişi və yaxud uğurlar üçün daha çox işləmək orqanizmin hədsiz gücdən salan amildir. Qəhvə və ya enerji içkilərinin qəbulu problemin daha da kəskinləşməsinə səbəb olur. Çünki insan yenidən "ehtiyat" güc toplamağa zaman tapa bilmir, orqanizm isə getdikcə yorularaq dağılır, məhv olur.

3. Xüsusilə insanın daxili tonusuna onun özünü necə hiss etməsi, əhval-ruhiyyəsi təsir göstərir. Əgər o özünü xoşbəxt hiss edirsə, sevinclə çalışır, sevir, ətraf mühit tərəfindən sevilir, gümrah və aktivdir, heç nəyə baxmadan bütün işlərin öhdəsindən asanlıqla gələ bilər.
Stress, qarışıqlıq, ruhi sıxıntı bütün gücü, həyat tonusunu alaraq insanı həm ruhən həm də vücudla yorğun hala gətirir. Beləliklə xroniki yorğunluq sindromu yaranır ki, bununla da ya həkimlər, ya da psixoloqlar mübarizə aparır.

Bütün yuxarıda sadalanan faktorlar ürək-damar xəstəliklərinin yaranmasına səbəb olan əsas amillərdir. Onları minimuma endirmək üçün həyatınızı dəyişməyə cəhd edin. Bu bizim hər birimizin sağlamlığı üçün vacibdir!


Etiketlər:  İnfarktın əsas səbəblərindən biri Ehtiyatlı olun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ