Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2023 20:25
"Həyat yoldaşım mənə də qadağalar qoyub. Harasa getməyə icazə vermirsə, demək ki, nələrsə bilir və ona görə icazə vermir. Evdə böyük odur. Deməli, belə məsləhətdir".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə İbadova "ATV səhər"ə müsahibəsində deyib. Sənətçi xəyanəti bağışlamağın mümkün olduğunu bildirib:
"Bizim sənət adından da bəllidir ki, incədir. Hər şeydən ləkə götürə bilərsən. Ailənin sirri qorunmalıdır. Yoxsa, ərim mənə onu-bunu dedi... İnsan hər cılız şeyin üstündə dalaşıb aildə qan-qaraçılıq salmaz. Hansısa bir mövzudan söhbət gedirsə, son sözü kişi deyib, möhür vurmalıdır. Kişi səhv edə bilər. Xəyanət olmasa yaxşı olar. Elə qadınlar var ki, deyir ərim xəyanət etdi və mən də öz bildiyimi edim. Səhvsiz insan olmur. Xəyanəti ailəyə, uşaqlara, qınaqlara görə bağışlamaq olar. Şəxsi fikrimdir, mən bağışlayardım".