Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xalq artistindən eşq etirafı: "Bir hərəkət bəs edir ki..."

Xalq artistindən eşq etirafı:

Tarix: 2 Fevral 2023 22:28

Sevgi olan yerdə insanın yüz yox, min səhvini bağışlaya bilərsən. Ancaq hərdənbir bir hərəkət bəs edir ki, ayrılığa qərar verəsən.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev Mədəniyyət tv-də qonaq olarkən deyib. Sevgi və aşiqlik arasındakı fərqlərdən danışan ulduz aparıcının "Deyirlər insan sevəndə kor olur, heç o səhvləri də görmür" rəyinə belə cavab verib:

"Bu, aşiqlik dövrüdür. Aşiqlik dövründən dərk edilən sevgiyə keçəndə yüngülvari soyuqqanlı olursan. Çünki aşiqlik vaxtı özümüzü gülməşəkər göstəririk. Bizdə olmayan xüsusiyyətləri göstərməyə çalışırıq. Bu, hər bir canlıya xas olan hərəkətdir. Zaman keçir, xasiyyətlər oturuşur, isinişirsən, keçərli bir səhvi olur, onu heç dilə gətirmirsən. Məna kəsb edən səhvdirsə, yavaşca deyirsən ki, əzizim, sevgilim etmə, yaxşı deyil. İnsan aşiq olanda hətta Məcnunluq da edə bilər".

Milli.Az


Etiketlər:  Xalq artistindən eşq etirafı Bir hərəkət bəs edir ki


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ