Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2023 11:54
Cənub Qaz Dəhlizi ilə ötürülən Azərbaycan qazı regionun bir çox ölkəsi üçün sığortaya çevrilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında Rumıniya Prezidenti Klaus İohannis deyib.
"2022-ci ildə biz hamımız qaz çatışmazlığı və ya mümkün qaz tədarükünün olmaması, qiymətlərdə dəyişkənlik, bazarda turbulentlik kimi görülməmiş enerji problemləri ilə qarşı-qarşıya gəldik. Bu problemlər mürəkkəb siyasət və tənzimləmədə dəyişikliklər tələb edirdi. Cənub Qaz Dəhlizi ilə ötürülən Azərbaycan qazı regionun bir çox ölkəsi üçün sığortaya çevrildi.
Azərbaycanın, şəxsən Prezident Cənab İlham Əliyevin Avropa bazarının Xəzər qazına çıxışı ilə bağlı verdiyi təminatlar bazarlardakı belə gərgin vəziyyətdə bu cür mühüm stabilliyi və proqnozlaşdırma imkanını təmin etdi. Avropa İttifaqı və Azərbaycan arasında 2022-ci ilin iyul ayında strateji tərəfdaşlıq sahəsində imzalanmış Anlaşma Memorandumu Cənub Qaz Dəhlizinin Aİ-nin diversifikasiya strategyiasının mühüm tərkib hissəsi kimi rolunun daha da möhkəmlənməsinə yol açır", - Rumıniya Prezidenti deyib.