Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nazir: Naxçıvanda orta məktəbdə narazılıqla bağlı gün ərzində qərar veriləcək - FOTO

Nazir: Naxçıvanda orta məktəbdə narazılıqla bağlı gün ərzində qərar veriləcək - FOTO

Tarix: 3 Fevral 2023 14:30

Naxçıvan şəhərindəki 12 nömrəli tam orta məktəbdə baş verən insidentdən sonra Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov məktəbə gəlib.

Milli.Az APA-ya istinadən bildirir ki, təhsil naziri məktəbdə yaranan narazılıqla bağlı açıqlama verib: "12 nömrəli tam orta məktəb Naxçıvan Muxtar Respublikasının ən öndə gedən məktəblərindən biridir və burada nüfuzlu müəllimlər çalışır. Məktəbin nəticələri də uğurludur. Ötən tədris ilində məktəb 71 faizdən çox qəbul verib və məktəbi qızıl nişanla bitirən məzunlar olub. Bu da burada çalışan kollektivin əməyinin nəticəsidir. Sadəcə, direktorla məktəb kollektivi arasında anlaşılmazlıq olub. Dünən və bu gün burada xüsusi komissiya ilə iclas keçirdik və komissiyaya tərəfindən bir daha təhlillər aparıldı. İndi yekun protokollar hazırlanır və gün ərzində qərar veriləcək".

***

09.05

Naxçıvan şəhərində yerləşən 12 nömrəli tam orta məktəbdə müəllimlərin direktora etirazı davam edir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu gün səhər saatlarından müəllimlər məktəbin qarşısına toplaşıblar.

Onların heç biri dərsə girməyib.

Müəllimlər yeni təyin olunan direktor Turan Məmmədli məktəbdən getməyincə dərs keçməyəcəklərini deyirlər.

Naxçıvan MR-in təhsil naziri Rəhman Məmmədov narazılıqla bağlı məktəbə gəlib.

Milli.Az


Etiketlər:  Nazir Naxçıvanda orta məktəbdə narazılıqla bağlı gün ərzində qərar veriləcək FOTO


RƏYLƏR