Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moskva və Tehran Tatarıstanda dron zavodu açmağı planlaşdırır

Moskva və Tehran Tatarıstanda dron zavodu açmağı planlaşdırır

Tarix: 6 Fevral 2023 08:10

Rusiya və İran rəhbərliyi Rusiyanın Tatarıstan Respublikasının Yelabuqa şəhərində İranın "Şahid-136" kamikadze dronlarının istehsalı üçün zavod tikmək imkanını nəzərdən keçirir.

Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.

Nəşrin mənbələrinin məlumatına görə, yanvarın 5-də İran nümayəndə heyəti Tatarıstana səfər edib və orada nəzərdə tutulan tikinti üçün boş sahəyə baxış keçirib.

Bildirilib ki, hazırda Moskva və Tehran daha da sürətlə uça biləcək "Şahid-136" kamikadze dronlarının təkmilləşdirilmiş modelini hazırlayırlar. Tərəflər Tatarıstandakı zavodda ildə azı 6 min dron istehsal etməyi planlaşdırırlar.


Etiketlər:  Moskva Tehran Tatarıstanda dron zavodu açmağı planlaşdırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ