Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın spirtli içkiləri Afrika bazarlarına çıxır

Azərbaycanın spirtli içkiləri Afrika bazarlarına çıxır

Tarix: 15 Oktyabr 2019 09:00

Bakı. Mətanət Nəsibova - Trend:

Azərbaycanın şərab məhsullarının istehsalçısı "Az-Granata" öz məhsullarının ixrac coğrafiyasını genişləndirir.

Trend-in məlumatına görə, bu barədə şirkətin ixrac təchizatı şöbəsinin direktoru Tural Hacıyev bildirib.

Onun sözlərinə görə, Afrika spirtli içki satışı üçün yeni bir bazara çevrilib: "Bu ilin əvvəlindən etibarən Qanaya 22-23 ton həcmində spirt vermişik. Yaxın gələcəkdə bu ölkəyə yenə məhsul göndərməyi planlaşdırırıq. Çünki Afrikadakı tərəfdaşlarımızdan 50 min dollar dəyərində yeni bir sifariş almışıq. Bu istiqamətdə məhsullarımıza olan böyük tələbatı nəzərə alaraq Afrikaya tədarükü davam etdirmək niyyətindəyik".

Şöbə müdiri "Az-Granata" məhsulları ilə Qərbi Afrikanın digər dövlətlərinin də maraqlandığını qeyd etdi.

Qeyd edək ki, 2011-ci ildə 12,5 hektar ərazidə qurulan "Az-Granata" fabriki Cənubi Qafqaz regionunda ən böyük spirtli içki istehsalçısıdır. Spirtli içkilərlə yanaşı, şirkət meyvə şirələri və konsentratlar da istehsal edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanın spirtli içkiləri Afrika bazarlarına çıxır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ