Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2019 09:12
Bakı. Trend:
Braziliyanın Baiya ştatında fövqəladə vəziyyət elan olunub. Trend-in məlumatına görə, buna səbəb ştat sahilləri boyunca çimərliklərin neft ilə çirklənməsi olub.
Daha öncə Braziliya ətraf mühit naziri Rikardu Salles bildirmişdi ki, çimərliklərdə müşahidə edilən Venesuela neftidir. Venesuelanın neft şirkəti isə bu ittihamları qəbul etməmişdi.
Bu səbəbdən ştat qubernatoru sahil və çimərliklərdə neftlə çirklənmənin təmizlənməsi məqsədilə fövqəladə vəziyyət elan edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin