Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəsiminin 650 illik yubileyi ilə əlaqədar kütləvi ağacəkmə tədbirləri Azərbaycanın xaricdəki səfirliklərində də keçiriləcək (ÖZƏL)

Nəsiminin 650 illik yubileyi ilə əlaqədar kütləvi ağacəkmə tədbirləri Azərbaycanın xaricdəki səfirliklərində də keçiriləcək (ÖZƏL)

Tarix: 15 Oktyabr 2019 10:08

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gün ərzində 650 min ağacın əkilməsi tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi üçün Xarici İşlər Nazirliyinə müraciət edib.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar görülən tədbirlər çərçivəsində noyabrın sonlarında bir gün ərzində 650 min ağacın əkilməsi planlaşdırılır. Həmin gündə Azərbaycanın xaricdə yerləşən səfirliklərinin ərazilərində də ağacəkmə tədbirləri keçiriləcək: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi Heydər Əliyev Fondu ilə birlikdə artıq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu təşəbbüsünün reallaşması üçün işlərə başlayaraq tədbirlər planı hazırlayıb. Azərbaycanın tarixində ilk dəfədir ki, 1 gün ərzində bu qədər çox sayda ağac əkiləcək. Bu xeyirxah missiyaya ölkəmizdə fəaliyyət göstərən dövlət, qeyri-dövlət qurumlarının, diplomatik korpusların nümayəndələri və vətəndaşlarımız ruh yüksəkliyi ilə qoşulur. Aksiyanın Azərbaycanın xaricdə yerləşən səfirliklərinin ərazilərində də keçirilməsi Nəsiminin bir daha beynəlxalq aləmə tanıdılması imkanı yaradır".

Qeyd edək ki, Azərbaycan iqlim dəyişmələri ilə mübarizədə qlobal səylərə öz töhfəsini vermək üçün 2030-cu ilə qədər istixana effekti yaradan qaz tullantıları səviyyəsinin 1990-cı il səviyyəsindən 35 faiz aşağı salınmasını hədəf kimi götürüb. Bu nəcib təşəbbüs eyni zamanda iqlim dəyişmələrinin təsirlərinin azaldılmasına, təbiətin ekoloji cəhətdən sağlamlaşması işinə öz töhfəsini verəcək.

Hər kəsin həmin xeyirxah təşəbbüsün həyata keçirilməsinə töhfə verməsini vacib sayan F.Əliyev qeyd edib ki, ağacəkmə tədbirləri deqradasiyaya uğramış torpaqlarda meşə landşaftının bərpasını nəzərdə tutan Bonn çağırışına da ölkəmiz adından töhfə olacaq. Bonn cağırışına uyğun olaraq, Azərbaycan 2030-cu ilədək 270 min hektar meşə ərazisini bərpa etməyi hədəf götürüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Nəsiminin illik yubileyi ilə əlaqədar kütləvi ağacəkmə tədbirləri Azərbaycanın xaricdəki səfirliklərində keçiriləcək ÖZƏL


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ