Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan könüllüləri Türkiyəyə yola düşüb - FOTO

Azərbaycan könüllüləri Türkiyəyə yola düşüb - FOTO

Tarix: 11 Fevral 2023 08:27

Azərbaycan könüllüləri baş verən zəlzələdən zərərçəkmiş şəxslərə kömək etmək məqsədi ilə Türkiyəyə yola düşüblər.

Milli.Az "Report"a istinadən bildirir ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə "ASAN Könüllüləri", "Gənc Könüllülər", "BİR Könüllü", "Aqrar İnkişaf Könüllüləri", "Böyük Qayıdış" könüllüləri və "Ekokönüllülər" təşkilatlarının üzvləri Naxçıvan Beynəlxalq Hava limanında qarşılandıqdan sonra Naxçıvan Gənclər Fondundan "Naxçıvan Könüllüləri" ilə birlikdə 100 nəfərdən ibarət heyət Türkiyəyə yola salınıb.

Azərbaycan könüllüləri öz türkiyəli həmkarlarına zəlzələnin baş verdiyi bölgələrdə faciədən zərər çəkmiş vətəndaşlara yardımların paylanılması, əhalinin istiqamətləndirilməsi, qeydiyyat və müxtəlif əlaqələndirmə işlərində kömək edəcəklər.

Milli.Az


Etiketlər:  Azərbaycan könüllüləri Türkiyəyə yola düşüb FOTO


RƏYLƏR