Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deniz Baykal dəfn edildi - FOTO

Deniz Baykal dəfn edildi - FOTO

Tarix: 14 Fevral 2023 18:20

84 yaşında dünyasını dəyişən Türkiyənin tanınmış siyasətçisi, Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Dəniz Baykalla vida mərasimi keçirilib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, mərasim ilk olaraq, CHP-nin Qərargahının önündə, sonra isə Türkiyə Böyük Millət Məclisində (TBMM) təşkil edilib.

Eyni zamanda, Ankarada Ahmet Hamdi Akseki məscidində keçirilən vida mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

D.Baykal daha sonra Ankarada dəfn edilib.

Xatırladaq ki, Deniz Baykal fevralın 11-i Ankarada evində dünyasını dəyişib. O, 37-ci hökumətdə maliyyə naziri, 42-ci hökumətdə enerji və təbii sərvətlər naziri, 52-ci hökumətdə xarici işlər naziri və Baş nazirin müavini vəzifələrində çalışıb.


Etiketlər:  Deniz Baykal dəfn edildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ