Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan Dəniz Baykalın ailəsini ziyarət etdi

Ərdoğan Dəniz Baykalın ailəsini ziyarət etdi

Tarix: 15 Fevral 2023 08:10

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan CHP-nin sabiq sədri, tanınmış siyasətçi Dəniz Baykalın vəfatı ilə əlaqədar ailəsini ziyarət edib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, Ərdoğan və xanımı mərhum siyasətçinin həyat yoldaşı Olcay və qızı Əsli Baykala başsağlığı verib.

Qeyd edək ki, fevralın 11-də Türkiyənin tanınmış siyasətçisi və dövlət xadimi, Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Dəniz Baykal 84 yaşında infarkt nəticəsində vəfat edib.


Etiketlər:  Ərdoğan Dəniz Baykalın ailəsini ziyarət etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ