Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2023 22:24
Almaniyanın 15 polis əməkdaşı Ermənistanın Azərbaycanla sərhədində AB missiyasının tərkibində olacaq.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Şteffen Heberştrayt bildirib.
"Federal Nazirlər Kabineti Almaniyanın AB-nin Ermənistandakı yeni missiyasında Azərbaycanla beynəlxalq sərhəddə iştirak etməsi barədə qərar qəbul edib", - o deyib.
Heberştrayt bildirib ki, AB missiyasında hüquq-mühafizə orqanının maksimum 15 əməkdaşı iştirak edəcək.
O söyləyib ki, məqsəd silahsız patrulların köməyi ilə atəşkəs rejiminə riayət olunmasına nəzarət etməkdir.
Qeyd edək ki, daha öncə Fransadan 8 jandarmanın missiyanın tərkibində olacağı bildirilib.