Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2023 07:06
Xəbər verdiyimiz kimi, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları "Türkiyə, tək ürək" adı altında zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçirir.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, canlı yayımda operator qismində bir sıra məşhur simalar əyləşib.
Bunlar arasında Türkiyənin 4 böyük futbol klubunun - "Qalatasaray", "Fənərbağça", "Beşiktaş" və "Trabzonspor"un prezidenləri də olub.
Klub prezidentləri gələn zəngləri cavablayaraq yardım edən şəxslərin qeydlərini aparıblar.