Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Messi ailəsi ilə ABŞ-yə köçməyə hazırlaşır

Messi ailəsi ilə ABŞ-yə köçməyə hazırlaşır

Tarix: 16 Fevral 2023 21:00

Argentina millisinin hücumçusu Lionel Messi bu yay PSJ-ni tərk edə bilər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, Messi Fransa klubu ilə müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilmir. Argentinalı futbolçu karyerasını "İnter Mayami"də davam etdirə bilər.

Qeyd olunur ki, ulduz forvardın ailəsi artıq ABŞ-yə köçməyə hazırlaşır. Mətbuatda yazılanlara görə, Messinin orada evi var.

Qeyd edək ki, Messi 2021-ci ilin yay transfer pəncərəsində "Barselona"dan PSJ-yə keçib. Onun klubla müqaviləsi 2023-cü ilin yayında başa çatır.

Milli.Az


Etiketlər:  Messi ailəsi ilə ABŞ köçməyə hazırlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ