Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Barselona" "Mançester Yunayted"lə heç-heçə etdi, "Roma" uduzdu

Tarix: 16 Fevral 2023 23:58

Bu gün Avropa Liqasında pley-off mərhələsinə start verilib.

İlk oyunların hamısı bu gün keçirilir. Artıq 8 matçdan 4-ü başa çatıb.

Günün ən maraqlı qarşılaşmalarından biri İspaniyada keçirilib. "Barselona" "Mançester Yunayted"i qəbul edib. Görüş 2:2 hesabı ilə yekunlaşıb.

"Roma" isə səfərdə "Zalsburq"a uduzub.

Qeyd edək ki, bu mərhələnin cavab görüşləri 1 həftə sonra oynanılacaq.

16 fevral

UEFA Avropa Liqası, ilk oyunlar

21:45. "Ayaks" (Niderland) - "Union" (Berlin, Almaniya) - 0:0

21:45. "Barselona" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 2:2

Qollar: Alonso, 50, Rafinya, 76 - Reşford, 53, Kunde, 59-avtoqol

21:45. "Zalsburq" (Avstriya) - "Roma" (İtaliya) - 1:0

Qol: Kapaldo, 88

21:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Renn" (Fransa) - 2:1

Qollar: Kriskiv, 11, Bondarenko, 45+1-pen. - Ekambi, 59

00:00. "Bayer" (Leverkuzen, Almaniya) - "Monako" (Fransa)

00:00. "Yuventus" (İtaliya) - "Nant" (Fransa)

00:00. "Sevilya" (İspaniya) - PSV (Niderland)

00:00. "Sportinq" (Portuqaliya) - "Midtülland" (Danimarka)

Milli.Az


Etiketlər:  Barselona Mançester Yunaytedlə heç heçə etdi Roma uduzdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ