Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycanla oyunda bir az bəxtimiz gətirdi''

''Azərbaycanla oyunda bir az bəxtimiz gətirdi''

Tarix: 16 Oktyabr 2019 00:20

“Qələbə  qazansaq da, buna asan nail olmadıq. Rəqibimiz də bunu bacarmaq üçün ürəklə oynadı. İstənilən halda, məqsədimizə çatdıq və hazırda 3 oyundan 9 xal toplamışıq ki, buna görə də özümü xoşbəxt hiss edirəm. Slovakiya yığması burda məğlub olmuşdu. Bunu nəzərə alsaq, bu komandaya qarşı oynamağın çətin olduğunu vurğulamalıyıq. Hətta deyərdim ki, oyunda bir az bəxtimiz gətirdi. Rəqib xüsusilə də sona yaxın təzyiqi artırdı. Biz isə dözməyə, hesabı qorumağa çalışdıq".

Qol.az-ın məlumatına görə, bu sözləri İsveçrənin U-21 millisinin baş məşqçisi Mauru Lustrinell Avropa çempionatının seçmə qrup mərhələsində yığmamıza 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

"Fasiləyə qədər daha çox qol vura bilərdik. Ancaq ikinci hissədə Azərbaycan millisi yaxşı çıxış etdi. Oyun heç-heçə başa çatsaydı belə, narazı qalmayacaqdım. Rəqibimiz haqda xoş fikirlər səsləndirə bilərəm. Komanda ildən-ilə artırır. Bu tempdə daha 2-3 il işləsələr, inkişaf edəcəklər. Stadiona gəldikdə, həm qazonun durumunu, həm də atmosferi bəyəndim” - deyə o bildirib.

 


Etiketlər:  Azərbaycanla oyunda bəxtimiz gətirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ