Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Chrome”da yeni funksiyalar işə salındı

“Chrome”da yeni funksiyalar işə salındı

Tarix: 20 Fevral 2023 20:12

"Google" 2022-ci ilin dekabrından sınaqdan keçirilən yaddaşa və enerjiyə qənaət imkanlarını tətbiq etməyə başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, yaddaşa qənaət funksiyası RAM-ı avtomatik olaraq arxa plandakı pəncərələrdən azad edir. Üstəlik, onlar bağlanmır və görünən olaraq qalır. Həmin səhifələrə keçdiyiniz zaman onlar yenidən yüklənir.

Enerjiyə qənaət rejimi, adından da göründüyü kimi, arxa fonda brauzerin fəaliyyətini və vizual effektləri məhdudlaşdırmaqla, animasiyaları və videoların kadr tezliyini azaltmaqla enerji istehlakına qənaət edir.

Yeniliklər artıq "Chrome" brauzerinin bəzi istifadəçiləri üçün əlçatandır.

Qeyd olunur ki, hər iki funksiya avtomatik aktivləşdirilir.

Milli.Az


Etiketlər:  Chromeda yeni funksiyalar işə salındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ