Tarix: 16 Oktyabr 2019 11:20
İtaliya millisi Avro-2020-nin seçmə mərhələsində Lixtenşteynə 5:0 hesabıyla qalib gəlməklə tarixi rekordunu yeniləyib.
Qol.az xəbər verir ki, Roberto Mançininin rəhbərlik etdiyi komanda ardıcıl 9 oyundur ki, qələbə qazanır. Yığmanın qalibiyyət seriyası 2018-ci ilin martında ABŞ-la oyundan (1:0) başlayıb.
İtaliya millisi sonuncu dəfə 1938-ci ildə Vittorio Potsonun rəhbərliyi altında dalbadal 9 rəsmi matçda qələbə qazanmışdı.
Qeyd edək ki, İtaliya yığması Avro-2020-nin seçmə mərhələsində yer aldığı J qrupunda 24 xalla liderdir.