Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2019 12:03
Bakı. Trend:
Sumqayıtda keçmiş məhkumlardan narkotik vasitə götürülüb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında Sumqayıt şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakinləri, əvəllər məhkum olunmuşlar - M.Cəfərov və Ş.Əliyev saxlanılıb.
Şəxsi axtarış zamanı M.Cəfərovdan 105 qrama yaxın, Ş.Əliyevdən isə 50 qramdan artıq heroin aşkar edilərək götürülüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin