Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2023 22:26
NATO-nun yeni Baş katibi Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson ola bilər.
Mİlli.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, Conson bunu jurnalistlərə açıqlaması zamanı deyib.
"Belə bir fikrim var. Özümü namizəd kimi görürəm. Bu, çox yaxşı və vacib mövqedir. NATO indi həmişəkindən daha da güclüdür", - deyə Conson vurğulayıb.
Qeyd edək ki, NATO-nun Baş katibi Yens Stoltenberq 2023-cü ilin payızında vəzifəsini tərk etmək niyyətində olduğunu bildirib.