Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayramov Vardanyanın “vəzifəsi”ndən azad olunmasından danışdı

Bayramov Vardanyanın “vəzifəsi”ndən azad olunmasından danışdı

Tarix: 24 Fevral 2023 17:24

Xarici işlər naziri Ceyhun Bayramov Ruben Vardanyanın "vəzifəsi"ndən azad olunmasına münasibət bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, nazir jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan II Qarabağ müharibəsindən sonra sülh gündəliyi barədə danışır.

"Dövlətimiz artıq tariximizin qara səhifəsini çevirib gələcəyə baxışı nümayiş etdirməyə hazır olduğunu bildirib. Bu kontekstdə Qarabağda yaşayan erməni əsilli sakinlərin Azərbaycan cəmiyyətinə ictimai, siyasi və iqtisadi səviyyədə inteqrasiya işlərinə başlamağa hazır olduğunu və Azərbaycanın suverenliyi ilə bölgənin inkişafı ilə bağlı Prezident İlham Əliyevin ilk gündən açıq, məntiqli və davamlı mesajları olub. Düşünürəm ki, hər kəs bunu qəbul edib. Ona görə özünü erməni əhalisinin nümayəndəsi kimi təqdim etməyə çalışan şəxslə bağlı Azərbaycanın mövqeyi ondan ibarət oldu ki, biz əhalinin nümayəndələri ilə danışmağa hazırıq. Ancaq kənardan gəlib özünü salmış və ya saldırmış, kimlərinsə oyununu oynayan Qarabağa heç bir aidiyyatı olmayan şəxs bizim üçün tərəf müqabili ola bilməz. Vardanyanın həmin mövqedə yer alması mümkünsüz idi. Bu bir neçə ay çəkdi. Onun arxasında duranlar da başa düşdü ki, bu layihənin heç bir perspektivi yoxdur".

Nazir həmçinin əlavə edib ki, ümumiyyətlə reinteqrasiya prosesi ilə bağlı qərarlar müzakirə edilən zaman dəfələrlə deyilib ki, bu, Azərbaycan Konstitusiyasına və onun tərəf olduğu beynəlxalq müqavilələrə uyğun formatlarda həyata keçiriləcək. "Belə olanda həmin ərazidə yaşayan vətəndaşlara şamil olmalıdır. Bilirsiniz ki, Ermənistan uzun müddət qanunsuz məskunlaşma siyasəti həyata keçirib. Hesab edirəm ki, Vardanyanla qanunsuz məskunlaşanlar arasında heç bir fərq yoxdur. Çünki onun Qarabağa aidiyyəti olmayıb".

Milli.Az


Etiketlər:  Bayramov Vardanyanın vəzifəsindən azad olunmasından danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ