Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2019 15:09
Bakı. Ləman Zeynalova - Trend:
Banqladeşin Baş naziri Şeyx Xasina Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfərə gəlir.
Trend-in məlumatına görə, Banqladeşin Xarici işlər naziri Abdul Momen ölkənin baş nazirinin iclasda iştirak edəcəyini təsdiqləyib.
Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü 2019-cu il 25-26 oktyabr tarixlərində keçiriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin