Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2023 09:54
Türkiyə və BMT Rusiyanın kənd təsərrüfatı məhsulları və ammiakının bazarlara çıxması üçün böyük təminat istəyir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya mətbuatı danışıqlarda iştirak edən mənbəyə istinadla məlumat yayıb.
"Hazırda logistika, sığorta və ödəniş baxımından maneələr var. Mən istərdim ki, Qərb ölkələrindən böyük təminatlar alınsın və bu, ictimaiyyətə açıqlansın", - mənbə bildirib.
Onun sözlərinə görə, bu, Qara Dəniz Taxıl dəhlizinin rahat işləməsinə kömək edəcək.
Qeyd edək ki, taxıl razılaşmasının müddəti martın 18-də başa çatır.