Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Söhbət 50 manatda deyil” - Qurban Qurbanov

“Söhbət 50 manatda deyil” - Qurban Qurbanov

Tarix: 28 Fevral 2023 08:10

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov fotoqraf Elmir Kərimovun klubdan ayrılmasına münasibət bildirib. 

Milli.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, o, məsələnin dəqiqləşdirilməli olduğunu deyib: 

"Xəbəri sosial şəbəkələrdə gördüm. Onun xətrini çox istəyirdi hər kəs. Birdən-birə belə məsələnin ortaya çıxmasına təəccübləndim. Söhbət 50 manatda deyil. Çünki "Qarabağ"da həmişə imkansızlara dəstək olub. Fikrimcə, anlaşılmazlıq olub. Mən bildiyimə görə, klub tərəfindən ciddi problem olmayıb. Bəzən bizim də jurnalistlə və ya başqa kimsə ilə anlaşılmazlıq olub".

Milli.Az


Etiketlər:  Söhbət 50 manatda deyil Qurban Qurbanov


RƏYLƏR