Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Zəlzələ kahini”ndən xəbərdarlıq: İki gün sonra...

“Zəlzələ kahini”ndən xəbərdarlıq: İki gün sonra...

Tarix: 28 Fevral 2023 11:18

Zəlzələ proqnozları ilə məşhurlaşan hollandiyalı mütəxəssis Frank Hugerbits dünyanın üzləşə biləcəyi yeni təhlükə haqda xəbərdarlıq edib.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, "zəlzələ kahini" mart ayının ilk həftəsində dünyanı yeni seysmik hadisələrin gözlədiyini açıqlayıb.

Onun iddiasına görə, martın ilk həftəsində dünya Merkuri və Saturn planetləri ilə yaxınlaşacaq.

"Bunun böyük zəlzələlərə səbəb ola biləcəyi mümkündür. Martın 2-də 9 saat ərzində dünyanı əhatə edən kosmik birləşmə yaşanacaq, belə demək mümkünsə, Yer kürəsi Merkuri və Saturnla yaxınlaşacaq. Böyük ehtimalla, martın 3-də və ya 4-də böyük bir seysmik hadisə ola bilər. Martın ilk həftəsi kritik dövrdür", - o bildirib.


Etiketlər:  Zəlzələ kahinindən xəbərdarlıq İki gün sonra


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ