Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Emma yaşadığı binadan narazılıq etdi: "Su, qaz və işıq yoxdur" - VİDEO

Emma yaşadığı binadan narazılıq etdi:

Tarix: 28 Fevral 2023 16:15

"Çox acınacaqlı bir vəziyyətdəyik. Xocalı prospekti Süleyman Vəzirov küçəsindəki binalarda səhərdən nə işıq, nə də su var. On beş mərtəbəli binanın pilləkənlərini ağır çantalarla qalxmaq nə dərəcədə doğrudur? Bunun xəstəsi, körpəsi, uşağı var. Ötən dəfə bir xanımın körpəsi ağır xəstə idi və təcili yardım biləndə ki, lift işləmir, gəlmədi. Çünki piyada qalxıb xərəkdə o uşağı düşürmək var. Bu nə dərəcədə düzgündür?".  

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elmira Ələkbərzadə (Emma) sosial şəbəkədə hesabında yayımladığı video müraciətdə deyib.  
Sənətçi bacısı, Əməkdar artist Sevda Ələkbərzadənin yaşadığı binanın kommunal xidmətlərindən şikayətlənib. Emma bildirib ki, binanın su, işıq və qaz təchizatı yoxdur:
"Su, işıq, qaz da yoxdur... Biz neçənci əsrdə yaşayırıq? Bu MTK-nın sahibləri hara baxır? Nə vaxta qədər bu biabırçılıq davam edəcək? Nə vaxta qədər insanlar əziyyət çəkəcək? Axır vaxtlar gecə saat 1-dən səhər 5-ə qədər su vermirlər. Bəlkə biri gecə 3-də yatır. Yaşadığım ərazidə nə qədər xəstə insanlar var, onlar nə etsinlər? Bəlkə biri çay içmək istəyir, bunu necə etsin? Xətai Rayon İcra Hakimiyyətinin Başçısına, MTK-nın sahiblərinə səslənirəm. Hara baxırsınız? Bu nə vaxtadək davam edəcək? Bacım Sevda Ələkbərzadə evdə çaysız, susuz qalıb. Niyə? Xahiş edirəm, Xətai Rayon İcra Başçısı bir əncam çəksin".  

Qeyd edək ki, sənətçi ötən ay da yaşadığı binada su və işığın olmadığından, eləcə də liftin işləməməsindən gileylənmişdi.  

Milli.Az


Etiketlər:  Emma yaşadığı binadan narazılıq etdi Su qaz işıq yoxdur VİDEO


RƏYLƏR