Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna millisi ona TAPŞIRILDI

Ukrayna millisi ona TAPŞIRILDI

Tarix: 28 Fevral 2023 22:18

Ukraynanın gənclər yığmasına rəhbərlik edən Ruslan Rotan əsas milliyə müvəqqəti baş məşqçi təyin olunub.

Milli.Az Fanat.Az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyası məlumat yayıb.

Assosiasiya Sergey Rebrovla müqavilə imzalanana qədər komandanı 42 yaşlı mütəxəssisə həvalə edib. Hazırda Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" klubuna başçılıq edən Rebrov oradan ayrıldıqdan sonra millinin sükanı arxasına keçəcək. Onun müqaviləsi 2026-cı ildə keçiriləcək dünya çempionatının sonuna qədər nəzərdə tutulacaq.

Xatırladaq ki, Ukrayna millisinin əvvəlki baş məşqçisi Aleksander Petrakov 2023-cü ilin yanvarında istefa verib.

Milli.Az


Etiketlər:  Ukrayna millisi ona TAPŞIRILDI


RƏYLƏR