Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Finlandiya Rusiya ilə sərhəddə sədd inşasına başladı

Finlandiya Rusiya ilə sərhəddə sədd inşasına başladı

Tarix: 28 Fevral 2023 22:42

Finlandiya Rusiya ilə sərhəddə inşa edəcəyi səddin üç kilometrlik sınaq hissəsinin tikintisinə başlayıb.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, tikinti işləri fevralın 27-də İmatra sərhəd-keçid məntəqəsi rayonunda start götürüb.

Sınaq zamanı səddin qış temperaturuna və qar kütləsinə, həmçinin Rusiyadan mümkün insan axınına tab gətirib-gətirməyəcəyi yoxlanılacaq. Respublikanın hakimiyyət orqanları inşası 2023-cü ildə başa çatacaq səddin tikintisinə 6 milyon avro ayırıb.

Finlandiya Rusiya ilə 1300 kilometrlik sərhədə malikdir. İki-üç il ərzində sərhədin 10-20 faizində texniki nəzarət sistemləri ilə təchiz olunan səddin inşasını planlaşdırır.


Etiketlər:  Finlandiya Rusiya ilə sərhəddə sədd inşasına başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ