Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FTB: COVID-19 virusu Vuhandakı laboratoriyadan sızıb

FTB: COVID-19 virusu Vuhandakı laboratoriyadan sızıb

Tarix: 1 Mart 2023 09:20

FTB: COVID-19 virusu Vuhandakı labaratoriyadan sızıb

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey COVID-19 pandemiyasının virusun Vuhandakı laboratoriyadan sızması nəticəsində baş verdiyini deyib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, FTB direktoru virusun mənşəyinə dair araşdırmaların onun Vuhandakı laboratoriyadan qaynaqlandığını göstərdiyini bildirib.

"FTB-nin dəyərləndirmələri bir müddətdir ki, pandemiyanın mənşəyinin böyük ehtimal Vuhandakı laboratoriya insidenti olduğunu göstərir", - deyə Rey "Fox News"a bildirib.

FTB direktoru Çini qlobal pandemiyanın mənbəyinin müəyyənləşdirilməsini mümkün olan hər yolla ləngitməyə çalışmaqda ittiham edib.

Qeyd edək ki, ötən şənbə "Wall Street Journal" da ABŞ Enerji Nazirliyinin pandemiyanın Çindəki laboratoriya insidenti nəticəsində baş verməsi qənaətinə gəlməsinə dair məlumat dərc edib.

Çin COVID-19 virusunun Vuhanda laboratoriyadan sızması ilə bağlı iddiaları təkzib edir və bunun qaralama kampaniyasının bir hissəsi olduğunu bildirir.


Etiketlər:  COVID virusu Vuhandakı laboratoriyadan sızıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ