Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur məşqçi onu təhqir edən azarkeşlərə sendviç atdı - VİDEO

Məşhur məşqçi onu təhqir edən azarkeşlərə sendviç atdı - VİDEO

Tarix: 1 Mart 2023 20:16

"Atalanta"nın baş məşqçisi Canpyero Qasperini onu təhqir edən "Milan" azarkeşlərinə sendviç atıb.

İnsident İtaliya A Seriyasının XXIV turunda "rossoneri"nin berqamoluları 2:0 hesabı ilə məğlub etdiyi matçdan sonra baş verib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, evə gedərkən Qasperininin yolları Milan fanatları ilə kəsişib. Bu zaman azarkeşlər mütəxəssisi təhqir etməyə başlayıblar. Bundan sonra italiyalı çalışdırıcı maşının şüşəsini aşağı endirib və onlara sendviç atıb. Fanatlar həmin sendviçi götürərək maşına tərəf atıblar.

Sözügedən görüntülər sosial şəbəkələrdə yayılıb.


Etiketlər:  Məşhur məşqçi təhqir edən azarkeşlərə sendviç atdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ