Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daha bir 19 yaşlı qız hicabsız olduğu üçün öldürüldü

Daha bir 19 yaşlı qız hicabsız olduğu üçün öldürüldü

Tarix: 3 Mart 2023 09:56

İranda 19 yaşlı qız Bəsicilər tərəfindən öldürüb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Fatimə Farahtmand (Aytəkin) adlı qızın avtomobili Qoşaçay (Miandoab) şəhəri ətrafında Bəsic qüvvələri tərəfindən təqib edilib. Daha sonra 19 yaşlı Fatimə idarəetməni itirərək qəza törədib. 

Qəza nəticəsində o həyatın itirib. 

Martın 1-də baş vermiş hadisədə Fatimə rəfiqəsi ilə birlikdə olub. Digər gənc qız ağır yaralanıb. 

Onun hicablı olmadığı üçün Bəsic qüvvələri tərəfindən təqib edildiyi bildirilir. 

Qeyd edək ki ,Fatimə Farahtmand repressiv qüvvələrə qarşı son etirazlarda iştirak edib və  məcburi hicaba etiraz olaraq şəhəri baş örtüsüz gəzib.

Milli.Az


Etiketlər:  Daha bir 19 yaşlı qız hicabsız olduğu üçün öldürüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ