Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2023 19:02
Azərbaycan millisinin futbolçusu Mahir Emreli qış fasiləsində keçdiyi Türkiyə "Konyaspor"unda rəsmi debüt edib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, 26 yaşlı hücumçu evdə "Giresunspor"a qarşı keçirdikləri Superliqanın XXIV tur oyununa start heyətində çıxıb.
Qeyd edək ki, Mahir Emreli müqavilə ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsusdur və "Konyaspor"a cari mövsümün sonunadək icarəyə verilib. Türkiyə təmsilçisi yayda təcrübəli forvardı birdəfəlik transfer etmək hüququna malikdir.