Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2023 16:16
Hollandiya kubokunun PSV - "Den Haaq" oyununda PSV-nin yarımmüdafiəçisi İbrahim Sanqare hesab 2: 0 olanda 170 km/saat sürətlə topu rəqib qapısına göndərib.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, Britaniya mətbuatı ən güclü zərbələrin reytinqini dərc edib. Bu qol təsir gücünə görə səkkizinci olub.
Reytinqə Sankt-Peterburqun "Zenit"inin sabiq futbolçusu Hulk başçılıq edir, o, "Portu"nun heyətində 2011/12 mövsümündə 214 km/saat sürətlə "Şaxtyor"un qapısına topu göndərib.
Tam reytinq:
10. Riçi Hamfreys, 154,3 km/saat
9. David Trezeqe, 154,4 km/saat
8. Devid Bekhem, 157,6 km/saat
7. Devid Hirst, 183,4 km/saat
6. Kriştiano Ronaldo, 185 km/saat
5. Stiven Rid, 189 km/saat
4. Roberto Karlos, 198 km/saat
3. Lukas Podolski, 202 km/saat
2. Ronni Eberson, 210,8 km/saat
1. Halk, 214 km/saat