Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2023 20:30
Suriya yığmasının sabiq kapitanı Əhməd Əl-Salih hakimə hücum etdiyi üçün ömürlük futboldan uzaqlaşdırılıb.
Sonxeber.net Qol.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Əl-Caiş" klubunun 33 yaşlı müdafiəçisi "Əl-Vatba" ilə matçda qırmızı vərəqə alıb. Bundan sonra Əl-Salih görüşün hakiminə hücum edərək, onun üzərinə üpürüb. Meydanı tərk etdikdən sonra Əl-Salih müxtəlif əşyalara təpik vuraraq narazılığını ifadə etməyə davam edib.
O, eyni zamanda 1,5 milyon Suriya funtu (təxminən 600 dollar), klubu isə 3 milyon cərimə olunub.
"Əl-Vətba" Suriya çempionatında 10 oyundan sonra 20 xalla 1-ci, "Əl-Ceyş" 19 xalla 3-cü yerdədir.