Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Priqojindən şok: Sursat çatışmır, düşmən isə fəallaşıb!

Priqojindən şok: Sursat çatışmır, düşmən isə fəallaşıb!

Tarix: 8 Mart 2023 22:08

Rusiyanın "Vaqner" qrupunun rəhbəri Yevgeni Priqojin "Çipsa" nişanlı artilleriya komandiri ilə görüşüb və onunla mərmi çatışmazlığını müzakirə edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Priqojinin Teleqram kanalı məlumat yayıb.

"Təchizatların azalması səbəbindən hələ də kəskin sursat çatışmazlığı var, ona görə də atəş tapşırıqlarının icrasını azaltmağa məcburdurlar. Eyni zamanda, düşmən artilleriyası fəallaşıb", - deyə qeyd edilir.

Yevgeni Priqojin bildirib ki, artilleriya heyəti fəaliyyət göstərdiyi yerə keçərkən atəşə tutulub.

"Sursat tədarükü davam edəcəkmi? - cavab verməkdə çətinlik çəkirəm. Biz tapşırıqlarımızı təyinatı üzrə yerinə yetirəcəyik", - deyə o şikayətlənib.

Öz növbəsində "Çipsa" bəyan edib ki, Baxmutda döyüş tapşırıqlarını uğurla yerinə yetirmək üçün mərmi təchizatını ən azı 3 dəfə artırmaq lazımdır. Onun sözlərinə görə, mövqelərə yararsız sursatlar çatdırılır:

"Müharibədə heç bir məhdudiyyət yoxdur. Ya tapşırığı yerinə yetiririk, ya da etmirik. Məhdudiyyət insan həyatının qiymətidir".

Milli.Az


Etiketlər:  Priqojindən şok Sursat çatışmır düşmən isə fəallaşıb


RƏYLƏR