Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenskidən Gürcüstandakı aksiyaya reaksiya

Zelenskidən Gürcüstandakı aksiyaya reaksiya

Tarix: 9 Mart 2023 07:38

Bu günlərdə Gürcüstanın meydanlarında və küçələrində Ukrayna bayraqlarını tutan hər kəsə təşəkkür etmək istəyirəm. Tiflisdə səslənən dövlət himnimizə görə təşəkkür etmək istəyirəm. Bu, Ukraynaya hörmətdir və Gürcüstana səmimi hörmətimi ifadə etmək istəyirəm.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Zelenski vurğulayıb ki, elə bir ukraynalı yoxdur ki, dost Gürcüstanın uğurunu arzulamasın:

"Biz Avropa Birliyində olmaq istəyirik - olacağıq. Biz Gürcüstanın Avropa Birliyində olmasını istəyirik və əminəm ki, olacaq. Biz Moldovanın AB-də olmasını istəyirik və əminəm ki, olacaq. Avropanın bütün azad xalqları buna layiqdirlər".

Qeyd edək ki, Tiflisdə ölkə parlamentinin "Xarici agentlər" haqqında qanun layihəsini təsdiqləməsindən sonra etiraz aksiyaları keçirilir.

Milli.Az


Etiketlər:  Zelenskidən Gürcüstandakı aksiyaya reaksiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ