Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan Putin və Zelenski arasında görüş təşkil etmək istəyir

Ərdoğan Putin və Zelenski arasında görüş təşkil etmək istəyir

Tarix: 9 Mart 2023 08:08

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan apreldə İstanbulda Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenski arasında görüş təşkil etmək istəyir.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Çağrı Erhan "Lenta.ru"ya müsahibəsində bəyan edib.

O vurğulayıb ki, Ərdoğanın bu cür danışıqları təşkil edib-etməyəcəyini mühakimə etmək indiki məqamda olduqca çətindir:

"Türkiyə prezidenti hərbi əməliyyatları davam etdirməyə çalışan və Rusiya ilə istənilən danışıqlara qarşı çıxan ABŞ və Böyük Britaniyanın təzyiqi altındadır".

Onun sözlərinə görə, Türkiyə tərəfinin əsas missiyası Putin və Zelenskinin xarici müdaxilə olmadan heç olmasa bir dəfə görüşməsi və birbaşa danışması üçün şərait yaratmaqdır.


Etiketlər:  Ərdoğan Putin Zelenski arasında görüş təşkil etmək istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ