Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təyyarədən Türkiyə bayrağıyla enən əməkdaşı səfir belə qarşıladı - Kövrək ANLAR - VİDEO

Təyyarədən Türkiyə bayrağıyla enən əməkdaşı səfir belə qarşıladı - Kövrək ANLAR - VİDEO

Tarix: 9 Mart 2023 18:10

Xəbər verdiyimiz kimi FHN-nin zəlzələ ilə bağlı Türkiyəyə ezam olunmuş növbəti heyəti Bakıya dönüb.

Türkiyədən dönən heyəti qardaş Türkiyənin ölkəmizdəki səfiri Cahit Baxçı qarşılayıb. O heyətin rəhbəri Fövqəladə Hallan nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə təyyarədən enərkən görüşüb və ona təşəkkür edib. Bu zaman əlində Türkiyə bayrağı ilə təyyarədən enən FHN-nin bir əməkdaşını səfir qolundan tutaraq özünə çəkib və qucaqlayıb. Kövrək anlar sosial şəbəkələrdə maraqla qarşılanıb.

Sonxeber.net bildirir ki, Manset.az həmin şəxsin kimliyi ilə bağlı araşdırma edib. Məlum olub ki, o FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Tural Rzayevdir. Tural Rzayev Türkiyədəki dəhşətli zəlzələdən sonra yaranan dağıntılar altından insanların çıxarılması zamanı xüsusi qəhrəmanlıqlar göstərib.


Etiketlər:  Təyyarədən Türkiyə bayrağıyla enən əməkdaşı səfir belə qarşıladı Kövrək ANLAR VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ